ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb- TOKAYEV

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ŞƏT plyus” görüşündə bildirib.

Qazaxıstan Prezidenti, eyni zamanda, qeyd edib ki, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.

Qeyd edək ki, bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclası keçirilib.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkmənistan, Türkiyə və Azərbaycanın dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.