Şeyxülislam Portuqaliyaya səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Portuqaliyaya səfər edəcək. 

Şeyxülislam 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək.

Noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına qatılacaq.

Qeyd edək ki, A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.