“Shell” Rusiyadakı yanacaqdoldurma məntəqələrini satır

Britaniya-Niderland neft-qaz şirkəti “Shell” Rusiyadakı yanacaqdoldurma biznesini satmaq qərarına gəlib. A

TASS-ın xəbərinə görə, bu barədə “Forbes” mənbələrə istinadən yazır.

Alıcının adı “Shell” işçilərinə deyilməyib, ancaq o məlumdur ki, “Lukoil” şirkətin yanacaqdoldurma məntəqələrini almaqda maraqlıdır.

“Shell”in sözçüsü “Forbes”a şirkətin “müstəqil maraqlı tərəflərlə” danışıqlar apardığını təsdiqləyib. Prosesin “Shell”in fəaliyyət göstərdiyi ölkələrin sanksiyalarına, qanun və qaydalarına tam uyğun olduğu qeyd edilərək, işçilərin təhlükəsizliyinin və rifahının şirkət üçün prioritet olduğu vurğulanıb.

Eyni zamanda, bildirilib ki, Rusiya ofisinin əməkdaşlarına alıcının artıq tapıldığını, lakin müqavilənin hələ imzalanma mərhələsindən keçmədiyini deyiblər. Üstəlik şirkət bütün yanacaqdoldurma məntəqələrini işçi heyəti ilə birlikdə, işçilərin cari maaşlarını ilin sonuna qədər ödəmək şərti ilə satır.

 

Əvvəlki məqalə

Bu gün Suqovuşanda avarçəkmə üzrə beynəlxalq yarışa start veriləcək

Sonrakı məqalə

Fantastik filmlərdəki səhnələr reallaşır –