Si Cinpin Rusiyada nələri müzakirə edəcək?- Çin XİN açıqladı

Çin sədri Si Cinpin Kazanda keçiriləcək sammitdə BRİKS liderləri ilə beynəlxalq vəziyyəti və təşkilatın üzvləri arasında əməkdaşlığı müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.

“Si Cinpin ölkə liderləri ilə hazırkı beynəlxalq vəziyyət, BRİKS əməkdaşlığı, BRİKS mexanizmlərinin inkişafı və ümumi maraq kəsb edən mühüm məsələlər barədə ətraflı fikir mübadiləsi aparacaq”, – Nin bildirib.

Onun sözlərinə görə, Çin sabitliyə və Böyük BRICS əməkdaşlığının uzunmüddətli inkişafına kömək etmək üçün bütün tərəflərlə işləməyə hazırdır.

“Bu görüş BRİKS-in genişlənməsindən sonra ilk görüş olacaq. BRİKS ölkələri həmişə açıqlıq, inklüzivlik və qazan-qazan əməkdaşlıq ruhuna sadiq qalıb və çoxtərəfliliyi qorumağa çalışıblar. BRİKS ölkələri beynəlxalq məsələlərdə müsbət, sabit və yaxşı gücə çevriliblər”, – XİN rəsmisi qeyd edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.