“Sığorta şirkətləri problemlərini dövlətin üzərinə qoymamalıdır” –

Elman Rüstəmov
10 Fevral 2020 - 11:06

Azərbaycanın sığorta bazarında vəziyyət ümumilikdə sabitdir, lakin bəzi nöqtə kimi problemlər ola bilər. Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov belə hesab edir.

“Hələlik sığorta sektorunda qiymətləndirmə aparmamışıq, lakin yaxın zamanda bunu etməyi planlaşdırırıq. Bütövlükdə, sığorta sektorunda sabitlik müşahidə olunur, amma nöqtə şəklində problemlərin olması mümkündür”, – Rüstəmov bazar günü jurnalistlərə bildirib.

AMB-nin sədri qeyd edib ki, 2020-ci ildə əsas hədəf sığorta bazarının canlandırılmasıdır.

“2020-ci ildə sığorta bazarının canlandırılmasına çalışacağıq. Sığorta sektorunun həm biznes, həm əhalinin risklərini əhatə etməsi üçün işləyəcəyik. Bu, bazarın inkişafı və risklərin azalmasına səbəb olacaq. Hökumət tərəfindən qarşıya qoyulan əsas şərt ondan ibarətdir ki, sığorta şirkətləri problemləri müstəqil olaraq həll etsinlər, dövlətin üzərinə qoymasınlar”, – Rüstəmov əlavə edib. (İnterfaks-Azərbaycan)