“Silk Way” qrupu 15 gün əvvəl 105 milyon manat kapitalla təsis etdiyi şirkəti ləğv edib

“ASG Servis” MMC bu gün “Silk Vey Business Aviation” MMC ilə birləşmək yolu ilə ləğv edildiyini elan edib. Hər iki şirkət Silk Way şirkətlər qrupunun törəmə strukturudur.

“ASG Servis” şirkəti 2019-cu ilin dekabrın 24-də Bakı Beynəlxalq Aeroportunda karqo terminal ərazisində təsis edilib. Şirkətin kapitalına 105,6 mln. manat (62 mln. 124 min) yatırılıb. Şirkətin direktoru paralel olaraq “İpək Yolu Sığorta” ASC-nin təftiş komissiyasının üzvü olan Zaur Nəsirovdur. (Turan)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nərminin qatili saxlanılıb? –

Sonrakı məqalə

Erkin Qədirlinin deputatlığa namizədliyi qeydə alındı