Şimali Makedoniya Rusiya diplomatını “persona non grata” elan edib

Şimali Makedoniya Rusiya diplomatını “persona non qrata” elan edib.

Ölkə Moskvaya bu barədə xəbərdarlığı bir həftə əvvəl etmişdi. Həmin məlumatda deyilirdi:

Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən Rusiya Federasiyası səfirlyinin bir əməkdaşını arzuolunmaz şəxs elan edib”.

Məlumatda bu bildirilir ki, Rusiya Federasiyasının Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin mayın 14-də ölkə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözü gedən diplomata ölkəni tərk etmək üçün 7 gün vaxt verildiyinə dair nota təqdim olunub.

Bəyanatda bundan başqa təfərrüatlar verilməyib.

Sözü gedən Vyana Konvensiyasının 9-cu maddəsinə görə ev sahibi olan ölkə başqa bir ölkənin diplomatik missiyasının hər hansı bir üzvünü istənilən vaxt və istənilən səbəblə “persona non qrata” elan edə bilər.

Mərkəzi və şərqi Avropada keçmiş sovet blokuna daxil və hazırda Avropa İttifaqı və NATO-ya üzv bir neçə ölkə Rusiya diplomatlarının ölkədən çıxarılması barədə qərar qəbul edib.

Moskva bu demarşlara sözü gedən ölkələrin diplomatlarını qovmaqla simmetrik cavab verib.

Rusiya diplomatlarının qovulması prosesi Çexiyadan başlanıb. Praqa ötən ay Rusiya kəşfiyyatını 2014-cü ildə ölkənin silah anbarlarından birində baş vermiş partlayışa görə ittiham etdikdən sonra Rusiyanın 20-dək diplomatını ölkədən çıxarıb.

Çexiya Avropa və NATO-ya daxil başqa ölkələri onunla həmrəylik əlaməti olaraq Rusiya diplomatlarını persona non grata elan etməyə çağırmışdı. Moskva Çexiya anbarında baş vermiş partlayışla hər hansı əlaqəsini danır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nijni Novqoroddan Bakıya ilk uçuşun tarixi açıqlandı

Sonrakı məqalə

Sovet xəritələrində Qaragöl necə göstərilib? –