Sovet xəritələrində Qaragöl necə göstərilib? –“SSRİ dövründə Moskvada çap olunan “Azərbaycanın Atlası”nda xəritə eynidir" (AMEA)

Artıq bir müddətdir ki, Azərbaycan və Ermənistan arasında sərhəd gərginliyi yaşanır.

Azərbaycan tərəfi Ermənsitanla həmsərhəd bölgələrdə sərhədin dəqiqləşdirilməsi işini apardığını deyir. Mayın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərhədlərin dəqiqləşdirilməsini Bakı və Yerevana Moskvanın təklif etdiyini bildirib.

Elə həmin gün ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla telefon söhbətində Azərbaycanı və Ermənistanı aralarındakı beynəlxalq sərhədin demarkasiyasına çağırıb.

Lakin Azərbaycanla Ermənistan arasında sərhəd hansı sənədlər, xəritələr əsasında dəqiqləşdirilir? Hələlik nə Azərbaycan, nə də Ermənistan hökuməti sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı xəritələrdən istifadə edildiyini rəsmi açıqlamayıblar.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi hələ SSRİ zamanında olan Kartoqrafiya və Geodeziya Komitəsinin sənədlərində, xəritələrdə öz əksini tapıb. O bildirib ki, bu xəritələr tərəflərin hər ikisində var və məsələyə aydınlıq gətirməkdə problem olmamalıdır.

Rəsmi Bakı bəyan edir ki, Azərbaycan BMT-də tanınmış suveren ərazilərində səhrədlərini bərpa edir.

Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov həm Azərbaycan, həm də Ermənistanın sovet hakimiyyəti illərindəki xəritələrini müqayisə edir. Deyir ki, bu xəritələrdə sərhədlər dəqiqliklə göstərilib və aralarında heç bir fərq yoxdur: “SSRİ dövründə Moskvada çap olunan “Azərbaycanın Atlası”nda da xəritə eynidir. Mən sizə rəsmi Ermənistanın, Azərbaycanın və SSRİ-nin sovet dövründə çəkilən 3 xəritəsini göstərdim. Səhrədləri müqayisə edəndə heç bir fərq yoxdur, üçü də eynidir”.

Son günlər Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəddə Qaragöl adlandırdığı göl və yüksəkliklər ətrafında mühabisə yaranıb. Mirnuh İsmayılov deyir ki, bu problem məskunlaşma siyasətinin düzgün aparılmamasından qaynaqlanır: “Xəritələrdə Qaragöldən cənuba dorğu sərhəddə ən çox Şurnuxun adı hallanır. Burada yolun bir hissəsi Ermənistan ərazisinə düşür, digər hissəsi Azərbaycana. Bu hələ o vaxtlar da problem yaradırdı. Ermənilərin də tərtib elədiyi xəritədə də durum eynidir. İndi biz nə edək ki, koordinat sistemini qoyanda gəlib Azərbaycanın ərazisinə düşür. Çünki onlar məskunlaşmanı düzgün aparmayıblar, gəlib Azərbaycanın ərazisində ev tikiblər. Azərbaycan da öz ərazi bütövlüyün təmin etmək üçün onları çıxarmağa məcburdur”. (Azadlıq radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şimali Makedoniya Rusiya diplomatını “persona non grata” elan edib

Sonrakı məqalə

Ekstremist elan edilmiş təşkilatların üzvləri seçkilərə qatıla bilməz –