Sinan Oğan seçkilərin II turunda Ərdoğanı dəstəkləyəcəyini bəyan etdi

Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb.

O, bu gün keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda “Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.

Oğan yeni prezidentdən Türk Dövlətləri İttifaqı ilə sıx əalqələrin qurulmasını, miqrantların ölkədən çıxarılmasını gözlədiyini bildirib.

Sinan Oğan CHP-dən olan namizəd Kılıcdaroğlunun seçki prosesinin onu qane etmədiyini deyib.

Xatırladaq ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb. O, mayın 28-də keçiriləcək seçkinin ikinci turu öncəsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüş keçirib.

Əvvəlki məqalə

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb

Sonrakı məqalə

Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanılıb