“SİNEMA”: “CANIM, KARDEŞİM” –Kasıbların ölən arzularına rekviyem olan FİLM

Azpost.info “Sinema” layihəsində sizə Türkiyə kinosunun ən məşhur bir filmini təqdim edir.

1973-cü ildə premyerası olmuş “Canım, kardeşim” filmi dramatik ssenarisi ilə “Yeşilcam” kinolarına meydan oxuya bildi. Aktyor Halit Akçatepe rejissor Ertem Egilmeze “Yeşilcam” filmlərinin bumu müqabilində çəkəcəyi filmin uğuru barədə şübhələrini dedikdə, rejissor “bilsəm ki, zalda cəmi 3 nəfər – Tarık, sən və mən olacağam, yenə də bu filmi çəkəcəyəm” cavabını verib.

Bu kədərli filmin bu gün üçün də aktuallığını saxlayan mesajları var.

…Kasıb və sosial vəziyyəti ağır olan cəmiyyət. Hərə bir cür yaşayır. Heç kim kimin necə pul qazanmasının fərqində deyil. Sərxoş atası öldükdən sonra balaca qardaşı ilə birgə yaşayan Tarıkın qonşusu qan alverçisidir. Kasıblardan qan yığır və baha qiymətə ağır xəstəsi olanlara satır. Tarık, onun dostu və qonşular üçün bu “kişi pul qazanır” deməkdir. Hamını daha çox bu alverçinin o zaman üçün lüks göstərici sayılan televizor alması maraqlandırır. Tarık “xəstəsi olanlar pulu verə bilməsələr necə olur?” sualına alverçi soyuqanllı şəkildə “ölürlər” deyir…

Vağzalda isə kasıblıqdan baş götürüb çörək qazanmaq üçün Almaniyaya işləməyə gedən yüzlərlə adam növbə gözləyir.

…Tarık soyuqdəymə gumanı ilə balaca qardaşını həkimə aparır. Məlum olur ki, uşaq qan xərçəngidir. 3 ay ömrü qalıb. Uşağın arzusu televizor almaqdır. Tarık ölmüə məhkum olan və son günlərini yaşayan qardaşının bu arzunu yerinə yetirməyə çalışır…

Filmin qayəsi nədir? …Ətrafındakı əclaflarla birgə yaşayırsansa və buna qarşı mübarizən yoxdursa fələyin amansız qamçısından qaça bilməzsən. Özünü görməməzliyə vuranlar hökmən bunun bədəlini ağlına gətirmədiyi yerdə ödəyir.
Filmin bir mühüm mesajı budur…

1973-cü ildə “Arzu film” kino şirkəti tərəfindən çəkilən filmin rejissoru Ertem Egilmez, bəstəkarı Cahit Oben, ssenari müəllifi Sadık Şendildir.

Baş rollarda türk sinemasının məşhur ulduzları Tarık Akan, Halit Akcatepe çəkilib. Filmdə həmçinin Kamal Sunal, Adilə Naşit, Sıtkı Akcapete rol alıb.

Film kommersiya kinosu sahəsində uğurlu olmasa da Türkiyənin  ən yaxşı dramatik filmlərindən sayılır və “qızıl fond”da yer alıb.

 

https://www.youtube.com/watch?v=Vfs1uAbef_A

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qəbələdə Van Damma heykəl qoyuldu –

Sonrakı məqalə

Beş müxalifətçi Dəyirmi Masada oturmağa razılıq verib –