“Sirdaş” Özbəkistanda keçirilmiş mədəniyyət festivalı ilə bağlı film çəkib –VİDEO

“Xəzər” TV-nın çəkiliş qrupu Özbəkistanın Kokand şəhərində 10-15 sentyabr tarixində keçirilmş xalq sənətkarlıq festivalını işıqlandırmaq üçün bu şəhərdə olub.

Azpost.info bildirir ki, bununla bağlı Özbəkistanın “Dünyo” Agentliyi məlumat yayıb. Telekanal tərəfindən hərəsi 40 dəqiqəlik olmaqla 3 film hazırlanıb. Filmdə özbək mədəniyyəti, ənənələri və adətləri barədə danışılır.

Oktyabrın 4-də “Sirdaş” proqramı çərçivəsində birinci film nümayiş olunub.

Filmlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə Kokandda keçirilmiş beynəlxalq festivalla bağlı tamaşaçılara məlumat verilir. Çəkiliş qrupu həmçinin Asiya, Avropa və Afrika dövlətlərinin pavilyonlarını gəzərək onların tarixi, ənənələri barədə danışıb.

Festival Özbəkistanın xalq sənətkarlıq nümunələrinin nümayişi üçün yaxşı imkan yaradıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tbilisidə azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub

Sonrakı məqalə

Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyi ilə hədələyib