Şirvanda “Gənclər ətraf mühitin keşiyində” layihəsi çərçivəsində seminar keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində Şirvan Regional QHT-lərin Resurs və Təlim mərkəzində  seminar keçirilib.

Tədbirdə Şirvan şəhər 10 və 18 saylı tam orta məktəblərin müəllimləri və 10-cu sinif şagirdləri iştirak etmişlər. Layihə rəhbəri Əli Mirzəyev layihənin məqsədləri və görüləcək işlərlə bağlı geniş məlumat verdi. O,  qeyd etdi ki,  Şirvan şəhəri əlverişsiz iqlim şəraitinə mənsub olduğu üçün ətraf mühitin qorunması daim diqqət tələb edir. Xüsusilə şəhərdə fəaliyyət göstərən zavodların və digər sənaye müəssisələrinin ətrafa yaydığı zərərli maddələrin,  əsas içməli su hövzələrindən biri olan Kür çayına axıdılan çirkab və zərərli kimyəvi maddələrlə zəngin olan sənaye tullantıları çaya axıdılaraq bir müddətdən sonra Xəzər dənizinə çatır.

Seminar iştirakçılarının nəzərinə çatdırıldı ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq  işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların  ictimai həyatda fəal iştirakını təmin etmək, asudə vaxtlarının səmərəli təşkil etmək üçün səylər göstərmək, zərərli vərdişlərə qurşanmalarının qarşısını almaq, meşə zolaqlarının qorunması, bərpası, gələcəkdə bu meşələrdən turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi ilə əhalinin, gənclərin, məktəblilərin, ekoloqların  səylərini dəstəkləməkdir.

Şirvan şəhər 18 saylı tam orta məktəbin müəllimi Kəmalə Hüseynova çalışdığı məktəbdə yaşıllıqların qorunması, ağaclara qulluq edilməsi, ərazinin məişət tullantılarından təmizlənməsi səahəsində görülən işlərdən danışdı. Şagirdlərdən Leyla Fərzəliyeva, Zəhra Rüstəmova məsələyə münasibətlərini bildirdilər.

Çay süfrəsi arxasında müzakirələr davam etdirildi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.