Şirvanda poliqonda minaatan partlayıb

Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunun poliqonunda sursat partlayıb.

Sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər – Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, – deyə məlumatda qeyd olunur.

Əvvəlki məqalə

Kanada Rusiyanın neft və kimya sənayesinə sanksiyalar tətbiq etdi

Sonrakı məqalə

Ermənistan Baş prokurorunun Xankəndinə səfəri təxribatdır –