Siyahıyaalmadan kənarda qalan şəxslər üçün

XƏBƏR
16 Oktyabr 2019 - 15:03

Dövlət Statistika Komitəsi oktyabrın 1-dən 10-a qədər Azərbaycanda həyata keçirilən əhalinin siyahıyaalınması ilə bağlı əhaliyə müraciət edib.

Trend-in məlumatına görə, komitə siyahıyaalınmadan kənarda qalmış əhalini qaynar xəttə müraciət etməyə çağırıb:

“Komitə siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir”.