Siyavuş Novruzov icazəsiz mitinq məsələsini qaldırıb

- Milli Məclisdə
22 Oktyabr 2019 - 12:53

“Oktyabrın 19-da Bakının mərkəzində mitinqə cəhd oldub. Bu, qeyri-qanuni addımdır. Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə, erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov Milli Məclis deputatlarının bu məsələyə münasibət bildirməyə çağırıb, mövqelərini ortaya qoymağa çağırıb: “Hüquq-mühafizə orqanları bu mitinqlə bağlı araşdırma aparmalıdır. Hər kəs mövqeyini ortaya qoymalıdır…”.