Siyavuş Novruzovun qardaşı, professor Məmmədəli Qıpçaq vəfat edib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov (Qıpçaq) vəfat edib.

Universitetdən verilən məlumata görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1971-1976-cı illərdə BDU-nun 1973-1978-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb.

70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.

Qeyd edək ki, Məmmədəli Novruzov deputat Siyavuş Novruzovun qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar Həsənov xəstəxanaya yerləşdirilib

Sonrakı məqalə

Xalq artisti Arif Babayev xəstəxanadan evə buraxılıb