Skandinaviya ölkələri “Oreo”, “Milka” və “Barni”ni boykot edir- Rusiyaya görə

İsveç və Norveçdə onlarla şirkət “Oreo”, “Mars”, “Alpen Gold”, “Milka”, “Toblerone”, “Barni” və digər brendlərə sahib olan ABŞ qənnadı istehsalçısı “Mondelez International”ın məhsullarını satmaqdan imtina edib.

Azpost.info info xəbər verir ki, “Reuters”ə görə, boykot “Mondelez”in Ukraynaya qarşı müharibə başlayandan sonra Rusiyanı tərk etməməsi ilə bağlıdır.

Eyni zamanda, ABŞ korporasiyası yerli şirniyyat istehsalçıları olan “Freai” və “Marabou” şirkətlərinin sahibi olduğu Norveç və İsveçdə güclü nüfuza malikdir. Boykot səbəbindən “Mondelez” bizneslərini qorumaq üçün Norveç hökumətinə müraciət edib.

May ayında Ukrayna hakimiyyəti ABŞ korporasiyasını Rusiyada işləməyə davam etdiyi üçün “müharibənin beynəlxalq sponsorları” siyahısına əlavə etmişdi.

Rusiyada şirkətin üç zavodu fəaliyyət göstərir. 2022-ci ildə “Mondelez”in Rusiyadakı mənfəəti 339 milyon dollar olub və o, ölkə büdcəsinə 61 milyon dollar vergi ödəyib.

“Reuters”in məlumatına görə, bəzi Skandinaviya şirkətlərinin “Mondelez”lə işləməkdən imtinası birbaşa Ukraynanın istəyi ilə bağlıdır. ABŞ korporasiyası da öz növbəsində mövqelərini aydınlaşdırmaq üçün Skandinaviya ölkələrinin rəsmiləri ilə görüşməyə çalışacağını bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

“Hər dəfə ayağa qalxıram ki, Bakıya gedim, 10 toy dəvəti gəlir” –

Sonrakı məqalə

Azərbaycan Ordusu Ermənistanın mövqelərini atəşə tutmayıb