Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə şübhəli bilinən 71 yaşlı Yuray Tsintula məhkəmə qarşısına çıxarılıb.
Azpost.info xəbər verir ki, Tsintula Slovakiyanın qərbindəki Pezinok şəhərindəki xüsusi cinayət məhkəməsinə gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə gətirilib.
O, Fitsonu öldürmək istəmədiyini, sadəcə ona zərər vermək niyyətində olduğunu bildirib.
Törətdiyi əmələ görə Tsintulanı ömürlük həbs cəzası gözləyir.
Azpost.info