SOCAR-ın istismardan çıxarılmış özülündə bədbəxt hadisə baş verib

Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılır. Bildiririk ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova istinadən xəbər verir.

“SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ictimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik”, – İ. Əhmədov qeyd edib.

Onun sözlərinə əsasən, məlumata görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir