“SOCAR-ın siyasətini prezident müəyyən etmir” –“Rövşən Nəcəf şirkət üçün "yad" adam deyil”  İLHAM ŞABAN (ŞƏRH)

“SOCAR-da dəyişiklikər çoxdan başlanıb. Prezidentin 23 yanvar 2021-ci il sərəncamından sonra məlum oldu ki, SOCAR artıq əvvəlki kimi fəaliyyət göstərməyəcək”.

Bu sözləri neft üzrə ekspert İlham Şaban Azpost.info-ya Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin vəzifədən azad olunması barədə sərəncamı şərh edərkən bildirib.

Şirkətin gələcək idarəetmə perspektivlərinə toxunan İ.Şaban deyib ki, əvvələr şirkətin şaquli idarətmə sistemi var idi və SOCAR-ın prezidenti onun hər bir fəaliyyəti üçün cavabdeh şəxs idi.

“Yeni struktura əsasən artıq artıq SOCAR-da 3 qurum yaradıldı. Biri çox böyük səlahiyyətləri olan Müşahidə Şurasıdır. Müşahidə Şurası SOCAR-ın müqavilələrinin imzalanmasından tutmuş idarəçiliyinə qədər səlahiyyətə malikdir. Bundan başqa Neşft Şirkətinin bir sıra səlahiyyətləri- hesabatlığı, bir sıra statistik və inkişafı ilə bağlı məsələlər  Azərbaycan İnvestisiya Holdinqindədir. Bunların hamısından yuxarıda duran isə SOCAR-ın Ümumi Yığıncağıdır. Bu Yığıncaq prezidentə tabedir”.

İ.Şabanın sözlərinə görə, Prezidentin sərəncamlarından aydın olur ki, SOCAR-da 2 birinci vitse-prezident postu olacaq: “Dəyişikliyə görə, SOCAR-ın İdarə Heyətinin üzvləri prezidentlə birlikdə 14 nəfər deyil, 15 nəfər olacaq. Bu baxımdan, bir neçə ay ərzində Rövşən Nəcəf SOCAR prezidenti təyin olunarsa deməli şirkətə yeni birinci vitse- prezident gələcək. Bu çox maraqlı bir təyinat olacaq”.

İqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəfin SOCAR-ın prezidenti vəzifələrinin icrasının həvalə edilməsinə toxunan ekspert deyib ki, onun neft sektoruna nabələdliyi barədə deyilənlər doğru deyil.

“Cəmiyyətdə belə fikir var ki, Rövşən Nəcəf iqtisadiyyat nazirinin müaavini kimi SOCAR-a gəlir. Nefçi deyil, SOCAR-I necə idarə edəcək? Çünki nə Sovet vaxtı, nə də müstəqillik illərndə belə olmayıb. Bu doğru yanaşma deyil. SOCAR artıq kollegial idarə ediləcək. SOCAR-ın siyasətini, strategiyasını artıq prezident müəyyən etmir. Bu, digər qurumlar vasitəsi ilə müəyyən olunur. Rövşən Nəcəf öz komandası ilə orada qərarların icrasını təmin edir və hesabatını verir”-deyə ekspert vurğulayıb.

İ.Şabanın sözlərinə görə, Rövşən Nəcəf bu sektora yad adam deyil: “Rövşən Nəcəf vaxtı ilə SOCAR-ın Sərmayələr İdarəsində müqavilələrə, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinə cavabdeh olan şəxs olub. Yəni professional fəaliyyəti neftlə bağlı olmasa da, SOCAR-la bağlantısı olub”.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda dövlət və səfərbərlik ehtiyatları yaradılacaq

Sonrakı məqalə

SOCAR prezidentini əvəz edəcək Rövşən Nəcəf kimdir? –