SOCAR prezidentini əvəz edəcək Rövşən Nəcəf kimdir? –Laborant, ABŞ məzunu, nazir köməkçisi, Administrasiya rəsmisi

Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf SOCAR-ın prezidenti vəzifəsini icra edəcək.

Azpost.info bildirir ki, o, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunub.

Rövşən Nəcəf İqtisadiyyat nazirinin müavini, və birinci müavini (2020-2021) postunu tutub.

3-cü dərəcəli dövlət müşaviridir.

Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib. 2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində “İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti” üzrə magistr proqramını tamamlayıb.

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Evlidir, 2 övladı var.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.

2003–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.

2008–2009-cu illər – SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

2009–2010-cu illər – İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.

2010–2018-ci illər – “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

2018-ci il 11 may– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib. 2019-cu il 28 avqustunda Prezidentin Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

2020-ci il 11 fevralında Prezidentinin Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, “AzerGold” QSC-də və “Təmiz Şəhər” ASC-də Müşahidə Şurasının sədridir.

2021-ci il 24 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

2022-ci il 10 fevral tarixind Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“SOCAR-ın siyasətini prezident müəyyən etmir” –

Sonrakı məqalə

Vətən müharibəsi iştirakçıları təltif ediləcək –