SOCAR-ın Türkiyə ofisinə hücumda iştirak edən 13 nəfər saxlanılıb

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

“Fələstin Üçün Min Gənc” təşkilatının 13 üzvü tutulub.

Saxlanılan şəxslərin izahatlarının alınacağı, sabah isə ədliyyə orqanlarına təslim ediləcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, “SOCAR-ın İsrailə neft satdığı” bəhanə edilib.

“SOCAR Türkiyə” isə bu gün məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.

Əvvəlki məqalə

Əli Əsədov Minskdə işgüzar səfərdədir

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ dövlət katibinin Qafqaz üzrə nümayəndəsini qəbul edib