SOCAR-ın Türkiyə ofisinə hücumun detalları bəlli olub

Son aylarda Türkiyədə bəzi qruplar tərəfindən SOCAR-ı hədəf almaqla Azərbaycana qarşı aparılan antipiar kampaniyası bir neçə gün öncə şirkətin İstanbulda yerləşən ofisinə hücumla nəticələnib.

Bu hücumun Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən təşkil olunduğu təsbit edilib. Eyni qruplaşmalar aylardır ki, sosial şəbəkələrin Türkiyə seqmentində “SOCAR-ın İsrailə neft satdığını” bəhanə edərək, Azərbaycana qarşı kampaniya aparırlar.

Dəqiqləşmiş məlumata görə isə SOCAR İsrailə neft satmır, bunlar yalan və fake xəbərlərdir.

Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına isə şirkətlər nəzarət edə bilmir.

Görünən odur ki, bu informasiya manipulyasiyasında məqsəd SOCAR-ı hədəf göstərməklə bütövlükdə Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq, Türkiyə ictimai rəyində Azərbaycanın nüfuzuna zərər vurmaqdır.

Qeyd edək ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 15 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb. SOCAR bununla Türkiyənin ən böyük birbaşa xarici investisiya şirkətidir. (APA)

Əvvəlki məqalə

Azərbaycan boksçusu Alfonso Dominqes Olimpiadaya lisenziya qazanıb

Sonrakı məqalə

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb