SOCAR prezidenti Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il noyabrın 25-də Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə müxtəlif istiqamətlər üzrə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, cari ildə Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edilib, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun ölkələrimiz üçün neft-qaz sektorunda faydalı əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər açdığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

“İran bilsin ki, belə hədə-qorxularla Azərbaycanı qorxutmaq olmaz” –

Sonrakı məqalə

“Heç kim bilmir nə baş verəcək…” –