Şolts Almaniyanın müdafiəyə nə qədər pul xərcləyəcəyini açıqlayıb

Berlin son illərdə ilk dəfə olaraq ÜDM-in 2 faizini müdafiəyə xərcləyəcək və bunu gələcək onilliklər boyu etmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Şolts həmçinin bildirib ki, Avropa özünü qorumaq üçün daha çox iş görməlidir.

Kansler 21 Aİ ölkəsinin vahid Avropa hava hücumundan müdafiə sisteminin yaradılması ideyasını dəstəklədiyini də deyib. Onun sözlərinə görə, digər ölkələr də bu təşəbbüsə maraq göstərib.

Söhbət 2022-ci ildə elan edilmiş alman layihəsindən gedir: Berlin Avropaya öz raket və hava hücumundan müdafiə sistemini inkişaf etdirməyi və bunun üçün sistemlərin alınmasını mərkəzləşdirməyi təklif edib. Təşəbbüsün əsas ideyalarından biri ümumi təhlükəsizliklə yanaşı, Avropa şirkətlərinə investisiyaların stimullaşdırılması imkanının yaradılmasıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.