Son 10 ilin ən yaxşı 40 ekran əsəri

- SİYAHI
27 Noyabr 2019 - 17:54

Britaniyanın nüfuzlu “The Independent” nəşri son 10 ilin ən yaxşı 40 ekran əsərinin siyahısını dərc edib.

Bbirinci yerə rejissor Barri Cenkinsin lentə aldığı “Ay işığı” filmi layiq görülüb. Bu kinorejissor müasir kinematoqrafın ən görkəmli nümayəndəsi hesab edilir. Onun filmi 2017-ci ildə üç “Oskar” mükafatı alıb.

Siyahıda ikinci yeri rejissor Todd Heynsin “Kerol” bədii filmi tutur. 1950-ci illərin Nyu-Yorkunda iki qadının münasibətlərindən bəhs edən ekran əsərini dərin romantik və dramatik film adlandırıblar. Baş rolun ifaçısı Keyt Blanşet və onun filmdə tərəfdaşı Runi Mar “Oskar” mükafatına namizəd göstərilib, lakin hər iki aktrisa mükafatsız qalıb.

Üçüncü yerdə Cordan Pilin “Rədd ol” trilleri qərarlaşıb. Jurnalistlərin qənaətinə görə, bu ekran əsəri XXI əsrin əxlaqi dəyərlərinin ən yaxşı təcəssümüdür.

Sonrakı yerləri Pol Tomas Andersonun “Şəffaf ip”, Koen qardaşlarının “Lyuin Devisin içindəki” filmləri tutur. İlk onluğa daxil edilmiş filmlər arasında “Amerika gözəli”, “Paddinqtonun macəraları 2”, “Dəli Maks: Qəzəb yolu”, “Sən heç vaxt burada olmamısan” və “XX əsrin qadınları” bədii filmləri də var.

Bu ilin iyulunda “IndieWire” nəşrinin jurnalistləri də son onilliyin ən yaxşı filmlərinin siyahısını tərtib ediblər. Həmin siyahıda da birinci yerə “Ay işığı” filmi layiq görülüb(azərtac).