Ölkənin strateji valyuta ehtiyatının məbləği açıqlandı- Mərkəzi Bankının sədri

Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi və bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində bir çox islahatlar həyata keçirib. Heydər Əliyev dahi siyasi xadim olmaqla yanaşı, uzunmüddətli dövr üzrə sosial iqtisadi inkişaf çağırışlarını görən və uzaq hədəflərə yönələn strategiyanın müəllifidir. Məhz onun həyata keçirdiyi sosial-iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik bərpa olundu, inflyasiya üçrəqəmli səviyyədən təkrəqəmli səviyyəyə düşdü, büdcə kəsiri dəfələrlə azaldı, manatın məzənnəsi sabitləşdi və bank sistemi sağlamlaşdırıldı.

Bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirdə deyib.

Sədr vurğulayıb ki, Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti və müdrikliyi sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın uzunmüddətli inkişafı üçün böyük imkanlar yaratdı.

“Ulu Öndərin əzmkarlığı və fədakarlığı ilə yaradılan iqtisadi potensial əsasında onun layiqli davamçısı Prezident İlham Əliyev qızıl inkişaf dövrünə nail olub. Onun qarşıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib. 2003-cü ildən başlayaraq son 20 ildə həyata keçirilən strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bənd yüksək olmuşdur. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilmiş, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşdirilmişdir”, – deyə Taleh Kazımov qeyd edib.

Əvvəlki məqalə

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları təqdim edilib

Sonrakı məqalə

Növbəti monitorinq III sinifləri əhatə edəcək