“Son bir həftədə rekord sayda koronavirusa yoluxma qeydə alınıb” –ÜST

“Son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 2,4 milyondan çox artıb ki, bu da pandemiyanın başlanğıcından bəri yeddi gündə rekord göstəricidir”.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Qeyd edilib ki, son bir həftədə dünyada koronavirusa yoluxma hadisələrinin sayı sürətlə artmaqda davam edir, ölüm sayı nisbətən sabit qalır: “Yeni növ virusdan ölənlərin sayı 36 mindən çox artıb. 18 oktyabr tarixinə 40 milyondan çox yoluxma, 1,1 milyon ölüm hadisəsi qeydə alınıb. Son bir həftədə isə 2.4 milyondan çox yeni yoluxma, 36 mindən çox ölüm hadisəsi baş verib”.

Ən ağır epidemioloji vəziyyəti Amerika qitəsində müşahidə olunub. Burada 12-18 oktyabr tarixlərində 798 mindən çox insan sözügedən virusa yoluxub, ümumi yoluxma sayı isə 18,8 milyonu keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin oktyabrın 21-nə olan cədvəli

Sonrakı məqalə

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib –