“Son seçkidə İran xalqı ayətullahlar rejiminin əleyhinə çıxaraq açıq siqnal verdi”- İsrael Katz

Son seçkilərdə İran xalqı ayətullahlar rejiminin əleyhinə çıxış edib dəyişiklik tələb etməklə açıq siqnal verdi.

Azpost.info xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz bildirib.

Onun sözlərinə görə, məhz indi Qərb dünyası İrana qarşı sərt sanksiyalar tətbiq etməlidir.

“İran rejiminə təzyiqi artırmaq, nüvə proqramının ləğvini və terror təşkilatlarına dəstəyin dayandırılmasını tələb etmək, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu əsl adı ilə – planetin ən böyük terror təşkilatı adlandırmaq lazımdır”, – israilli nazir deyib.

Azpost.info

Əvvəlki məqalə

Napoleonun tapançaları hərracda 1,83 milyon dollara satılıb

Sonrakı məqalə

Sabah hava necə olacaq?