Son sutkada 329 nəfər COVID-19-dan sağalıb-138 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib, aktiv xəstə sayı 2 994 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 133, ötən müddət ərzində isə ümumilikdə 2 439 718 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali Məhkəmədə 44 yeni hakim müstəqilliyini və ləyaqətini qoruyacağına and içib

Sonrakı məqalə

Füzuli rayonuna qanunsuz yollarla keçən 7 nəfər saxlanılıb –