Sosial şəbəkələrdə bankların adından saxta iş elanları paylaşılır- XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır.

Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Əvvəlki məqalə

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başlanıb

Sonrakı məqalə

Zelenski Yaponiyadadır