Sovetski” sakinləri fevralın əvvəlinə qədər öz evlərini tərk etməlidirlər –

Xəbərdarlıq
23 Yanvar 2020 - 09:20

Bakının “Sovetskaya” yaşayış massivindəki fərdi evlərdə yaşayan təxminən yeddi ailə gələn ayın əvvəlinə qədər evdən çıxmalıdır ki, tikinti texnikası onların evlərini sökə bilsin.

Bu barədə 2020-ci il yanvarın 20-də səhər iki sakin Turan-ın müxbirilə söhbət zamanı bildirib. Belə xəbərdarlıqla yazılı bildiriş 2020-ci il qışın əvvəlində sakinlərə paylanıb.

Sakinlər alternativ mənzil alınması variantlarını müzakirə edirdilər və onlara yaxınlaşan jurnalistin suallarını cavablandırdılar. Dövlət köhnə mənzilin bir kvadrat metri üçün mənzil sahiblərinə 1500 manat kompensasiya ödəyir və ya yaşayış üçün hazır mənzillərdən birini seçməyi təklif edir. Son 10 gündə Yasamal rayonunun bu yaşayış massivində sakinlər evlərindən çıxarılır, onların  əksəriyyəti evlərini tərk edib və evlər dərhal ekskavator ilə dağıdılıb.

Sakinlər məcburi köçürülmədən narazıdırlar, kompensasiyanın miqdarını yetərli hsab etmirlər, çünki 60-80 kvadratmetr ərazidə yaşasalar da şəhərin mərkəzində idilər,   indi isə Bakının uzaq rayonlarında ikiotaqlı mənzillər və ya paytaxtətrafı ərazilərdə iki sot sahəsi olan ayrıca kiçik ev ala bilərlər.

“Bizdən daha çox məlumat almaq istəyirsiniz? Sakinlərə bizə ödəniləcək məbləğə əlavə olaraq hər kvadratmetr üçün 500 manat vəd edin, görün, nə qədər adam toplaşır.  Biz problemimiz haqqında KİV-də dərc edilən yazıların faydasını görmürük. Heç kim bizə kömək edə bilməz. Ayın sonuna qədər köçəcəyik, başqa yolumuz yoxdur”, – adlarını açıqlamayan sakinlər deyiblər.

Ərazidə görünür ki, qalan evləri əhatə edən məkan yaşayış üçün yararsız vəziyyətə gətirilib. Evlərə yol yoxdur, kommunikasiyalar dağıdılıb, ərazi hasara alınıb.

Bakıda “Təzə Pir” məscidinin yuxarı hissəsində “Sovetski” adlanan yaşayış massivinin qalan hissəsi tezliklə söküləcək. Son üç ildə buradan iki minə yaxın ailə köçürülüb. Köhnə yaşayış evlərindən təmizlənmiş yerdə attraksionlar və avtomobil şossesi üzərində piyada körpüsü olan park salınıb. Boşaldılmış ərazidən Yasamal rayonunun dağlıq hissəsini Bakının mərkəzi ilə birləşdirən geniş avtomobil yolu çəkilib. Bakının Yasamal Rayon İcra Hakimiyyətində telefon zənglərinə cavab vermirlər, çünki əməkdaşlar matəm tədbirlərinin təşkili ilə məşğuldurlar.