NATO hərbi təlimlər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinə müdaxiləni məşq edir.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT-yə üzv ölkələrin
Təhlükəsizlik Şurası katiblərinin Qazaxıstanda keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, hava məkanında təxribatların sayının artmasına görə NATO da məsuliyyət daşıyır.
“Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artırılır və yeni silah sistemləri yerləşdirilir”, – Şoyqu bildirib.
Azpost.info