Şoyqu və Zakir Həsənov Qarabağdakı vəziyyəti müzakirə edib –YENİLƏNİB

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

 

**

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla Qarabağdakı vəziyyətin sabitləşməsini müzakirə edib.

Əvvəlki məqalə

“Sosial şəbəkələri bloklamaqla bağlı qərar verməmişik” –

Sonrakı məqalə

“İlham Əliyev Ukraynadakı müharibənin ən yaxşı təhlilçilərindən biridir” –