“Spartak” dünyasını dəyişdi –

Hollivud ulduzu Kirk Duqlas vəfat edib (FOTO)
06 Fevral 2020 - 10:00

Hollivud ulduzu Kirk Duqlas 103 yaşında vəfat edib.

“TASS”-ın verdiyi məlumata görə, bunu tanınmış aktyorun oğlu Maykl Duqlas deyib.

Qeyd edək ki, K.Duqlas bir çox rolları, o cümlədən “Spartak” filmindəki rolu ilə tanınıb. Aktyor həmçinin 10 kitab yazıb.

K.Duqlas kino tarixinin ən məşhur və uğurlu kişi aktyorlarından biri hesab olunur.