Spiker: “XİN-dən hər həftə Milli Məclisə yeni məlumatlar daxil olur”

24 Noyabr 2021 - 12:43

“Artıq Xarici İşlər Nazirliyi ilə Milli Məclis arasında əlaqələr qurulub”.

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, əvvəllər ola bilər ki, bu əlaqələr olmayıb: “Amma artıq XİN-lə Milli Məclis arasında yaxın əməkdaşlıq qurulub. Səfirliklərin özünün Milli Məclisi məlumatlandırmasına gəlincə, artıq bəzi səfirlərdən Milli Məclisə məlumatlar gəlir. Ancaq XİN-dən hər həftə Milli Məclisə yeni məlumatlar daxil olur”.