SSRİ xalq artisti Yuri Solomin xəstəxanaya yerləşdirilib

22 Noyabr 2019 - 15:31

Sovet İttifaqının sonuncu mədəniyyət naziri, SSRİ xalq artisti Yuri Solomin ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Azpost.info “5-tv”.ru-ya istinadən bidirir ki, Rusiyanın Dövlət Kiçik Teatrının 84 yaşlı bədii rəhbəri yüksək qızdırma və ağrılarla klinikaya çatdırlıb.  Müayindən sonra həkimlər arteriyada problemlər aşkarlayıb. Xəstənin pnevmoniya olduğu deyilir.

Həkimlər xalq artistinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Yuri Solomin SSRİ-də məşhur olub. Onun çəkildiyi “Əlahəzrətin yavəri” filmi böyük şöhrət qazanmışdı. Solomin həmçinin “Müfəttiş”, “Qağayı” və digər tamaşalara quruluş verib.

Azpost.info