SSRİ xalq artisti Zeynəb Xanlarova Bakıda konsert verəcək –

12 illik fasilədən sonra (FOTO)
15 Yanvar 2020 - 09:45

Xalq artisti Zeynəb Xanlarova 12 ildən sonra solo konsert verəcək.

Bakı Konqres Mərkəzində baş tutacaq gecənin təşkilatçıları “Peachline” və “Kevents Group” şirkətləridir. Bildirilir ki, konsert martın 18-də keçiriləcək.

Xatırladaq ki, Z.Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi.