Stefan Sveyqin əsəri “Zirzəmi”də tamaşaya qoyulub –ŞAH MAT Teatrının repertuarı

“Zirzəmi teatrı” üslubunda olan ŞAH MAT Teatrının səhnəsində dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanan “Naməlum Qadının məktubu” tamaşası təqdim olunacaq.

Azpost.info-ya bu barədə teatrdan məlumat verilib.

Tamaşa sentyabrın 12-i saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən “ETUD Cafe & Bar”-da nümayiş olunacaq. İstedadlı gənc aktrisa Günel İmanovanın rol aldığı səhnə əsəri rejissor Mir Qabil Əkbərovun quruluşunda təqdim olunacaq. Teatrın Mətbuat katibi Turan Etibaroğlu bildirib ki,tamaşaçılara təqdim olunan nümunə “Qara qutu” üslubunda və minimalizm yanaşması ilə hazırlanıb. Səhnə əsəri məşhur belletrist R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir. Gənc sənətçilər Mir Qabil Əkbərov və Günel İmanovanın birgə səhnə fəaliyyəti nəticəsində hazırlanmış tamaşaya biletləri 3 AZN əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Keçmiş səfir Qarabağdan danışdı:

Sonrakı məqalə

Mübariz Qurbanlı küçədə imam ehsanı verənləri dəstəklədi: