“Stoltenberqin Kiyevə səfəri NATO-nun iddialı qərarlara hazır olduğunu göstərir”- ZELENSKİ

“NATO Baş katibi Yens Stoltenberqin Kiyevə səfəri Alyansın Ukrayna ilə münasibətlərdə yeni səhifəyə hazır olduğunun sübutudur”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Yens Stoltenberqin bu səfərini NATO-nun Ukrayna ilə münasibətlərdə yeni, iddialı qərarlar fəslinə başlamağa hazır olduğuna işarə kimi şərh edirik”, – Zelenski deyib.

Zelenski NATO Baş katibini Ukraynanın sülh formulunu dəstəkləməyə çağırıb. Stoltenberq isə cavabında cəsur Ukrayna xalqını dəstəkləyəcəklərini bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

“Xəbərimiz yoxdur”

Sonrakı məqalə

İsveçrə “Vaqner”ə sanksiya tətbiq edib