“Xəbərimiz yoxdur”- KTMT Paşinyanın təklifinə cavab verdi

“KTMT Ermənistanın təşkilatın missiyasını öz ərazisində yerləşdirməyə hazır olmasından xəbərsizdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya mediasına KTMT katibliyindəki mənbə deyib.

Onun sözlərinə görə, təşkilat bütün bu cür xəbərləri İrəvandakı rəsmi orqanlardan deyil, informasiya agentliklərindən eşidir.

“Vəziyyət aydınlaşdıqda, biz bu barədə şərh verməyə hazır olacağıq”, – mənbə bildirib.

Baş nazir Nikol Paşinyan Ermənistan hakimiyyətinin KTMT missiyasını ölkədə yerləşdirməyə hazır olduğunu deyib. O qeyd edib ki, missiyanın fəaliyyəti səmərəli olmalıdır. Paşinyanın fikrincə, bu, həm Ermənistan, həm də təşkilatın özü üçün vacibdir.

Baş nazir onu da qeyd edib ki, İrəvan Aİ missiyasından daha çox KTMT missiyasından maddi yardım gözləyir.

Azpost.info

Əvvəlki məqalə

Külək güclənəcək, yağış yağacaq

Sonrakı məqalə

“Stoltenberqin Kiyevə səfəri NATO-nun iddialı qərarlara hazır olduğunu göstərir”