“Sui-qəsd nəticəsində öldürülən Slovakiyanın baş naziri Robert Fitso həyatla ölüm arasındadır”.
Azpost.info bildirir ki, bunun Macarıstan hökumətinin başçısı Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
Orban bildirib ki, bu, təkcə Slovakiya üçün deyil, Macarıstan üçün də ağır itkidir.
O xatırladıb ki, slovakiyalı həmkarı bir çox beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı onunla eyni fikirdədir. “Biz Slovakiyanın Baş naziri üçün dua edirik. Onun üçün narahatıq, sağalmasını və mümkün qədər tez işə qayıtmasını arzulayırıq. İndi Robert Fitso həyatı üçün mübarizə aparır, o, ölümlə həyat arasındadır”, – Orban bildirib.
“Bu vəziyyətə siyasi nöqteyi-nəzərdən baxsaq bu Macarıstan üçün böyük itkidir. Çünki Slovakiyanın baş naziri sağalsa belə, bir neçə ay vəzifədə işləyə bilməyəcək”-deyən Orban hesab edir ki, qarşıdan gələn Avropa Parlamentinə seçkilər və Ukraynada davam edən münaqişə səbəbindən qarşıdakı aylar Avropanın gələcəyi üçün son dərəcə əhəmiyyətli olacaq.
Mayın 15-də Slovakiyanın qərbindəki Gandlova şəhərində Fitsoya silahlı hücum olub. Baş nazir döş qəfəsindən, qarnından və əzalarından güllə yaraları alıb, onun vəziyyəti ağırdır. Hakimiyyət orqanlarının məlumatına görə, həyati təhlükə keçib. Hücum edən şəxs saxlanılıb.