Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? –

User 13 İyul 2025 - 22:46 (Last updated: 26 Sentyabr 2025 - 19:31)
Süleyman Dəmirəl

Süleyman Dəmirəl

Sovet dövründə Azərbyacana xarici dövlət başçılarının məhdud səfərləri baş tutub.

Azpost.info bildirir ki, yadda qalan səfərlərdən biri də Türkiyənin sabq prezidenti Süleyman Dəmirəlin Bakıya səfəridir.

1967-ci ildə Bakıya gələn Dəmirəl burada çox isti qarşılanıb.

O, Azərbaycana SSRİ-yə səfəri çərçivəsində gəlmişdi.

Bakıda Azərbaycan SSR Nazirlər Sovetinin sədri ilə görüşən Dəmirəl şəhərə gəzməyə çıxıb. Daha sonra Sumqayıta yola düşüb. Axşam Bakıya qayıdan Dəmirəl “Rostov”-“Neftçi” oyununun ikinci hissəsini seyr edir.

Bakıda hazırkı “İstiqlaliyyət” küçəsi ilə gəzən Dəmirəl Şirvanşahlar sarayına baxıb və ənənəsinə uyğun olaraq şapkasını çıxararaq xalqı salamlayıb.

Dəmirəl Bakıya ilk səfərini sonradan belə xatırlayacaqdı: “Mən 1967-ci ildə Türkiyənin baş naziri olaraq Bakını ziyarət etdim, o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında münasibətlər yeni yaranırdı. Başlanğıc idi. O zaman münasibətlər qapalı idi. Bu ziyarət zamanı Bakı məni çox gözəl qarşıladı. Sanki Türkiyənin hər hansı bir yerində, İzmirdə, Adanadakı kimi coşğu ilə qarşılandım. Bunu heç unutmuruq”.

2001-ci ildə Azərtac-a verdiyi müsahibədə isə Sumqayıtı xatırlamışdı: “Sumqayıt şəhərini tanıyıram. 1967-ci ildə Azərbaycana gəldiyim zaman oraya getdim. Möhtəşəm bir şəhərdir. Orada hər şeyin hərəkətə gətirilməsini də çox böyük məmnuniyyətlə qarşılayıram”.

Azpost.info həmin səfərdən çəkilmiş nadir kinoxronikanı oxuculara təqdim edir. Bu görüntüləri telejurnalist Füzüli Sabiroğlu öz arxivindən paylaşıb.

Kadrlarda Dəmirəli müşayiət edən rəsmi şəxslər arasında Azərbaycan SSR-nin xarici işlər naziri Tahirə Tahirovanı və Dövlət Təhlükəsilziyi Komitəsinin o vaxt sədri olmuş Heydər Əliyevi də görmək olur.

 

 

AzPost.az

Post navigation

Previous: Köhnə fotoşəkillərdə adamlar niyə gülmürlər? –
Next: Mixail Qorbaçov 1985-ci ildə necə Baş katib seçilib? –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.