Sülhəddin Əkbərin sədri olduğu partiya rəsmi qeydiyyatdan keçib –Nazirlikdə görüş

Ədliyyə Nazirliyində yeni qeydə alınmış iki siyasi partiyanın sədri ilə görüş keçirilib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyatı ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə edib və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sosial şəbəkədə din xadimlərimizi gözdənsalma prosesini kim aparır?

Sonrakı məqalə

Serj Sərkisyan aprel döyüşündən danışdı: