Sülh konfransı ilə bağlı İsveçrədə təhlükəsizlik tədbirləri ən üst səviyyədə olacaq

“İyunun 15-16-da Ukrayna üzrə keçiriləcək konfransla bağlı artan təhlükəsizlik tədbirləri beynəlxalq gərginliklə bağlıdır”.

Azpost.info xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

“Hökumət iyunun 7-də keçirilən iclasında konfransı fövqəladə hadisə kimi təsnif etmək qərarına gəlib. Bu o deməkdir ki, federal hakimiyyət orqanları tədbirlə bağlı təhlükəsizlik xərclərinin 80 faizini ödəyəcək. Konfrans yüksək beynəlxalq gərginlik şəraitində keçirilir. Buna görə də polis əməliyyatlarını, eləcə də ordunu əhatə edən böyük təhlükəsizlik tədbirləri görülür”, – hökumətdən bildirilib.

Konfransda 80-dən çox xarici nümayəndə heyətinin iştirakı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın hərbi sahəsinin texnoloji yenilənməyə ehtiyacı var”

Sonrakı məqalə

Zaqatalada bir nəfərdə qarayara aşkarlanıb