“Sülh müqaviləsi və Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri diqqətlə izləyirik” –Rusiya XİN

Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri diqqətlə izləyirik.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Təəssüf ki, Qarabağ nizamlanmasında tərəflər arasında siyasi məsələlərlə bağlı prinsipial fikir ayrılıqları qalır. Ona görə də, məhz indiki mərhələdə üçtərəfli bəyanatların bütün bəndlərinin ciddi şəkildə icrasını prioritet hesab edirik. Əlbəttə ki, bura ilk növbədə atəşkəs rejiminə riayət olunması, kompleks humanitar problemlərin həlli, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması aiddir. Ümid edirik ki, məlum addımlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün şərait yaradacaq və yekun siyasi nizamlanmaya çıxaracaq” – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir