“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixi və yerini Bakı və İrəvan müstəqil şəkildə müəyyənləşdirəcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
XİN rəsmisi bunu Moskvada sazişin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib:
“Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətindədir. Heç kimin Bakı və İrəvan üçün imzalanmanın harada və nə vaxt olacağına qərar vermək hüququ yoxdur”.
Azpost.info