Sülhməramlıların yeni komandanı Ermənistana gəldi –Müdafiə naziri ilə Qarabağı müzakirə etdi /FOTO

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün Dağlıq Qarabağdakı sülhməramlı kontingentin yeni komandiri, general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Azpost.info bildirir ki, Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, hərbi attaşe İqor Şerbakov və sülhməramlı kontingentin keçmiş komandanı, general-mayor Andrey Volkov da iştirak ediblər.

S.Papikyan Lentsovu vəzifəyə başlaması münasibətilə təbrik edib, ona sülhməramlı missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb.

Tərəflər Qarabağ ətrafında əməliyyat vəziyyəti və sülhməramlı qüvvələrin məsuliyyət sahələrini, mövcud problemləri, o cümlədən Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra məsələləri müzakirə ediblər.

Əvvəlki məqalə

Fransa Ermənistanda hərbi missiya yaradır –

Sonrakı məqalə

Rusiya xaricdəki əmlakları barədə məlumatları gizlədəcək