Şumaxerin şüuru özünə qayıdıb –

Əfsanəvi avtoyürüşçü əməliyyat olunacaq
12 Sentyabr 2019 - 10:20

Paris klinikasının personalı məşhur avtoyürüşçü, “Formula-1” çempionu Mixael Şumaxerin vəziyyəti barədə açıqlama verib.

Azpost.info Lenta.ru-ya istinadən bildirir ki, Şumaxer klinikanın kardiologiya şöbəsində müalicə alır. Əməkdaş bildirib ki, avtoyürüşçünün şüuru özündədir.

Şumaxer sentyabrın 9-da Parisin xəstəxanalarının birindəki kardioloji şöbəyə yerləşdirilib. Onu gətirərkən üzü və bədəni örütülüb. Şumaxerin ürəyində yeni əməliyyat aparılacaq.