Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb

İsmayıllıda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.